Kriminal aləmdə “Astarxan Anar” ləqəbi ilə tanınan Lənkəran şəhər sakini saxlanılıb.
"Unikal" Oxu.Az-a istinadən xəbər verir ki, şəhər sakini Anar İsmayılov və onun başçılıq etdiyi kriminal qruplaşmanın üzvləri Xəzər rayonu Binə qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı saxlanılıblar.
Qeyd edək ki, dəstə üzvlərindən külli miqdarda narkotik və silah-sursat aşkar edilib.