Rusiyanın aparıcı banklarından biri olan “Qazprombank”ın keçmiş vitse-prezidenti, əvvəllər Kremldə çalışmış Vladislav Avayev həyat yoldaşı və 13 yaşlı qızı ilə birlikdə Moskvadakı mənzilində ölü tapılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Moskva polisi məlumat yayıb.
Bildirib ki, 51 yaşlı multimilyonçu Avayevin cəsədi onun 47 yaşlı hamilə həyat yoldaşı və 13 yaşlı qızı Marianın yanında tapılıb. Ailənin meyiti böyük qızları Anastasiyanın gəlişi nəticəsində tapılıb. Meyitlərin hamısında qurğuşun izləri aşkar edilərkən, silahın Avayevə məxsus olduğu bildirilib. Həmçinin silah Avayevin əlində tapılıb.
Şəhər polisinin sözlərinə görə, rus milyonçu əvvəlcə həyat yoldaşını və qızını güllələyib, sonra isə özünü öldürüb.
Avayev əvvəllər Putinin xarici şirkətlərdən bankda hesab açmasını tələb etdiyi Qərb sanksiyalarına cavab vermək üçün Rusiya liderinin qaz-rubla qarşılıq planının əsas hissəsi olan "Qazprombank"da yüksək səviyyəli rəhbər vəzifəsində çalışıb.
Daha əvvəl Putinin Kreml administrasiyasında yüksək vəzifəli məmur işləmiş Avayevin tikinti şirkəti sayəsində milyonlar qazandığı da bildirilib.
Rusiya mətbuatında yer alan xəbərlərə görə, Avayevin qətli törətməsinə səbəb qısqanclıq ola bilər. Müvafiq olaraq, Avayevin arvadı Yelena onu sürücüsü ilə aldadıb və ondan hamilə olub. Bunu öyrənən rus milyonçu vəziyyəti qəbul edə bilməyib və həyat yoldaşını öldürüb.
Gülayə Mecid