Türkiyənin Bursa və İstanbul şəhərlərində partlayış baş verib.
"Unikal" yerli Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Ədliyyə naziri Bəkir Bozdağ bunu terror aktı kimi qiymətləndirib.
Çərşənbə günü yerli hakimiyyət orqanları Bursada həbsxana gözətçilərini daşıyan avtobusun partladılması nəticəsində bir nəfərin öldüyünü bildirib. Cümə axşamı səhər İstanbulun Qaziosmanpaşa səmtində Gənclik Vəqfinin binasında partlayış baş verib. Kustar üsulla hazırlanmış partlayıcının parçaları hadisə yerində tapılıb.
"Hüquq-mühafizə orqanlarımız axtarışları davam etdirir. İlkin məlumatlara görə, onların mühüm nəticələr əldə etdiklərini görürük. İşlər yüksək templə davam edir. Hücumların eyni üsullarla həyata keçirildiyi faktdır", - nazir bildirib.
Ağarza Elçinoğlu