Müstəqillik tariximizin ən böyük hadisələrindən biri - Dünya Azərbaycanlılarının V qurultayı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbə rliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutdu. 65 ölkədən 400-ə yaxın diaspor nümayəndəsinin iştirakı ilə keçirilən qurultay son illərdə güclü təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşüdür. BU, BİZİM ZƏFƏR QURULTAYIMIZDIR!

Prezident İlham Əliyev Zəfər qurultayında bəyan etdi ki, Qarabağ münaqişəsinin həll edilməsi Prezident kimi onun üçün başlıca vəzifə olub və Vətən müharibəsindəki parlaq qələbə göstərdi ki, bu vəzifə şərəflə yerinə yetirildi. Prezident, Müzəffər Ali Ba ş Komandanın rəhbərliyi ilə xalqımızın qəhrəman övladları tarix və Vətən qarşısında misilsiz xidmə tlər göstərdilər. Müstəqillik dövründə vətənpərvərlik ruhda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjd əni Azərbaycan xalqına bəxş etdilər. “Dəmir yumruq”la düşmənin başını əzib tarixi ədaləti və xalqımızın milli ləyaqətini bərpa etdilər.

Amma bu naliyyətə qədər biz bir xalq olaraq çox uzun yol qət etdik və bu mərhələdə Azərbaycan müstəqillik qazandıqdan sonra dünya azərbaycanlılarının milli birlik və həmrəylik məsələsi dövlət siyasəti səviyyəsinə qaldırıldı, Azərbaycan diasporunun formalaşdırılması, dünya azərbaycanlılarının bir-biri ilə və tarixi Vətənlə əlaqələrinin yaradılması və möhkəmləndirilməsi qarşıda duran əsas vəzifəyə çevrildi.

Azərbaycan Respublikasının dövlət müstəqiliyinin banisi, ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqların daha etibarlı qorunması istiqamətində faydalanmaq üçün çox işlər gördü. Dünya Azərbaycanlılarının 2001-ci ildə keçirilən I Qurultayında ulu öndər bəyan etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad olunacaq və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaq.

​Sonrakı mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi altında 2006, 2011 və 2016-cı illərdə keçirilən dünya azərbaycanlılarının qurultaylarında dövlət ba şçısı diaspora nümayəndələri qarşısında Vətən, torpaq, müstəqillik amilini qabartdı, soydaşlarımızı tarixi vətənlə bağları daha da gücləndirməyə çağırdı. “Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi!” deyən Prezident İlham Əliyev hər zaman Azərbaycan diasporunun vahid ideya ətrafında birləşməsinin başa çatdırılmasını diqqət mərkəzində saxladı. Dövlət başçısı hər bir azərbaycanlıda dövlətə hörmət hissi formalaşdırdı, soydaşlarımıza Vətəni sevmək nümunəsi göstərdi. Bununla da İlham Əliyevin “MƏN HƏR BİR AZƏRBAYCANLININ PREZİDENTİ OLACAM” ifadəsi tarixi gerçəyə çevrildi. Çünki Prezident İlham Əliyev yaxşı bilirdi ki, diaspora strateji faktor kimi müasir dövrün vacib elementidir və xaricdəki soydaşlarımız yaşadıqları ölkələrdə milli mənafe və dəyərlərimizi qətiyyətlə müdafiə etməlidir. Dövlət də bu prosesə güclü dəstək verdi. Nəticədə dünyada yaşayan azərbaycanlılar arasında əlaqələr genişləndi, onlar yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştiraka başladı. Soydaşlarımız Azərbaycan dövlətçiliyi ideyaları ətrafında sıx birləşdi, ümummilli məsələlərdə sarsılmaz həmrəylik nümayiş etdirdi. Dünya azərbaycanlılarının birliyi, həmrəyliyi onların yaşadığı ölkə lərdə güclü və monolit bir qüvvə kimi çıxış etmələrinə, öz milli və vətəndaş haqlarını daha güclü qorumalarına əhəmiyyətli təsir göstərdi. Çox keçmədi ki, dünya azərbaycanlıları vahid bir xalqı, milləti, tarixi Vətəni şərəflə təmsil etməyə, onun həqiqətlərinin dünya arenasında təbliğ olunmasına başladılar. Bu, çətin, amma keçilməsi mümkün mərhələ idi. Azərbaycan diasporu Prezident İlham Əliyevin rəhbərliyi altında bu çətin və məsuliyyətli işin də öhdəsindən gəldi. Soydaşlarımız yaşadıqları ölkələrdə Azərbaycan mədəniyyətinin, dilinin, adət-ənənələrinin, mentalitetinin layiqli daşıyıcılarına çevrildi. Harada yaşamasından asılı olmayaraq, milli adət-ənənələrin, mədəni-mənəvi dəyərlərin qorunub saxlanması, gənc nəslə ötürülməsi dünya azərbaycanlılarının tarixi Vətən qarşısında müqəddəs borcuna çevrildi. Ona görə də Prezident İlham Əliyev vurğulayır ki, “Bizim gücümüz hər bir azərbaycanlının gücüdür və Azərbaycan dövlətinin gücüdür... Xaricdə yaşayan azərbaycanlılar bizim dayağımızdır.

Bu dayağı formalaşdıran, ona həyat verən Prezident İlham Əliyevin qətiyyəti idi. Dövlət başçısı səfər etdiyi ölkələrin çoxunda diaspor nümayəndələri ilə görüşür, onların problemlərini dinləyir, onları müdafiə edir, onlara işlərində dəstək verirdi. Bununla yanaşı, bu cür görüşlər diasporun qarşısında mühüm vəzifələr d ə qoyurdu. Ən mühüm vəzifə Vətənə bağlılıq, Azərbaycanla əlaqəl ərin gücləndirilməsi və əlbəttə ki, xaricdə ölkə mizin mövqelərinin daha yüksək səviyyədə qorunması idi. Əsas diqqət əlbəttə ki, Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna səfərbərliyin göstərilməsinə yönəldi. Prezident İlham Əliyev 30 il davam edən işğalın ağır nəticələrinin aradan qaldırılması, torpaqlarımızın azad olunması yolunda bütün dünya azərbaycanlılarının vahid mövqeyinin əldə edilməsinə nail oldu. Bununla da Qarabağ mövzusu soydaşlarımızın gündəlik problemləri sırasında ilk sıraya yüksəldi.

Azərbaycanın qarşılıqlı etimada və müttəfiqliyə əsaslanan xarici siyasət kursu, ölkəmizin artan iqtisadi uğurları, dünyada və Avropada etibarlı enerji təchizatçısı kimi tanınması və qəbul edilməsindən gələn naliyyətlər həm də xaricdə Azərbaycan diasporunun təşkilatlanmasına və monolit qüvvəyə çevrilməsinə imkan verdi. Bu, transformasiya olduqca uğurlu alındı və prosesdə mədəniyyət də əsas amilə çevrildi. Xarici ölkələrdə Azərbaycan mədəniyyət evləri və mərkəzləri yaradıldı, Parisdə, Vyanada və dünyanın bir sıra siyasi mərkəzlərində Azərbaycan mədəniyyət ocaqları fəaliyyətə başladı. Bu, lobbiçilik siyasətinin həyata keçirilməsində, erməni diaspor təşkilatlarının əsassız torpaq iddialarının qarşısının alınmasında və onların dünyanın siyasi mərkəzlərinə nüfuz edən dayaqlarının zəiflədilməsində olduqca mühüm vasitə idi.

​Prezident İlham Əliyev hər zaman çalışırdı ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, ilk növbədə, öz milli kimliklərini dərk etsin və qorusun, Azərbaycanın dilini, mədəniyyətini, incəsənətini, mütərəqqi ənənələrini, tarixini yaşatsın, inkişaf etdirsinlər. Dövlə t başçısı soydaşlarımızla keçirdiyi bütün görüşlərində vurğulayır ki, h ər bir xalqın mövcudluğunun ideoloji-siyasi və mənəvi təməl prinsipi olan bu meyarlar hər zaman diqqətdə saxlanılmalıdır. Bu, bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin təminatı baxımından bəlkə də ən mühüm şərtdir. Ancaq bütün bunların fonunda bizim həmrəyliyimizin əsas şərti torpaqlarımızın işağaldan azad olunması yolunda birləşmək idi. Biz bir xalq olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında bu müqəddəs məqsədə nail olduq. Ona qədər isə dünyada yaşayan milyonlarla azərbaycanlının atdığı addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq və bu günü görmək amalı dururdu, amma sonda biz buna öz gücümüz sayəsində nail olduq. Prezident İlham Əliyev deyir ki, “Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynə lxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq, Azərbaycan xalqı işğalla barışmaq fikrində deyildi”. Ona görə də ordumuzun torpaqlarımızın işğaldan azad olunması yolunda başlatdığı haqq davası dünyanın dörd bir yanına səpələnən soydaşlarımızı bir bayraq altında birləşdirdi, onların çoxillik arzularını gerçəyə çevirdi. Prezidentin təbiricə desək, biz təkcə Ermənistanla yox, təkcə dünya erməniliyi ilə yox, biz Ermənistanın himayədarları ilə də müharibə apardıq və bu müharibədə Qələbə qazandıq. Biz sübut etdik ki, ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur.

Müstəqil Azərbaycan ədaləti döyüş meydanında bərqərar etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu, dünya azərbaycanlıları tarixi hədəflərinə qovuşdu. Biz bütövləşdik, tamlaşdıq. Bu tarixi uğurda təbii ki, dünya azərbaycanlılarının Vətənə dəstəyi böyük rol oynadı, onların Prezident İlham Əliyevin ətrafında sıx birləşərə k ali məqsədə doğru inamla irəlil əməsi xalqımızın çoxillik arzularını gerçəyə çevirdi. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev dünya azərbaycanlılarını ZƏFƏR BAYRAĞI altında qədim mədəniyyət beşiyimiz, Azərbaycan xalqının mənəvi dünyasının şah əsəri olan Şuşaya toplamaqla sübut edir ki, bundan sonra bizi heç kim ə yə bilməz! Bundan sonra heç bir qüvvə bizə qalib gələ bilməz! Bundan sonra xalqımız öz torpağında, öz dövlətində QALİB XALQ, Azərbaycan isə MÜZƏFFƏR ÖLKƏ kimi yaşayacaq!

ARİF ALIŞANOV