Bu il Azərbaycanda Polad və Xudayar adı verilən uşaqların sayı açıqlanıb.
"Unikal"ın məlumatına görə, cari ilin əvvəlindən bu günə qədər 61 uşağa Polad, 23 uşağa Xudayar adı verilib.
Son illər ölkəmizdə Polad və Xudayar adının uşaqlara verilməsi artıb. Belə ki, ötən il yeni doğulan 306 uşağa Polad, 82 uşağa isə Xudayar adı verilib.
Qeyd edək ki, Polad adı 2020-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.
Xudayar adı Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin giziri Xudayar Yusifzadənin şəhid olmasından sonra məşhurlaşıb. Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır" təsnifi hazırda Azərbaycanda dillər əzbərinə çevrilib.
Anar Kəlbiyev