"Artıq pandemiya ilə bağlı vəziyyət bitib. Dünyanın bir çox ölkələri məhdudiyyətləri götürüblər. Azərbaycanda da pandemiya rejimi kifayət qədər yumşaldılıb".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert bildirib ki, götürülən məhdudiyyətlərlə yanaşı quru sərhədləri də açılmalıdır:
"Quru sərhədlərinin bu qədər bağlı qalması anlaşılan deyil. Qonşularımızın hamısı sərhədlərini açıb. Ümid edirəm ki, yaxın vaxtlarda bu məhdudiyyət də aradan qaldırılacaq. Quru sərhədlərinin açılmasının iqtisadiyyata xeyri olacaq. Yenidən sərhədyanı ticarət canlanacaq. Hesablamalara görə, quru sərhədləri açılsa, turizm dövriyyəsi 2 dəfədən çox arta bilər. Bu isə daxildə turizm obyektlərinin canlanmasına səbəb olar".
Anar Kəlbiyev