Adele Las-Veqasdakı konsertləri ləğv etdikdən sonra bütün komandasını işdən çıxarıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə sənətçiyə yaxın mənbələrdən biri məlumat verib. Onun sözlərinə görə, Adel artıq yeni komandayla işləməyə başlayıb. Müğənni ləğv olunan konsertini bu il mütləq həyata keçirməyi planlaşdırır. Buna səbəb isə onun gələn il ikinci övladını dünyaya gətirmək arzusudur.
Qeyd edək ki, Adelin konserti səhmə dekorasiyasına görə təxirə salınmışdı. Müğənni dekorasiya üçün milyonlar xərcləmiş, lakin bəyənmədiyi üçün konsertlərini təxirə salmışdı.