25 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda 15–22 aprel 2022-ci il tarixləri arasında ümumölkə yerüstü radio yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub.
Audiovizual Şuradan "Unikal"a verilən məlumata görə, 20 aprel 2022-ci il tarixdə "Azad Azərbaycan" radiosunun efirində saat 19.00-20.00 aralığında 13 dəqiqə 55 saniyə reklamın yayımlanması ilə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsinin tələbinin pozulması faktı qeydə alınıb.
Bu səbəbdən, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 41.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası "Azad Azərbaycan" radiosu proqramlarının yayımının 28 aprel 2022-ci il tarixdə saat 21.00-dan 24.00-dək 3 saatlıq dayandırılması haqqında qərar qəbul edib.