Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" "report"-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Avtomobil yolunu keçən 1981-ci il təvəllüdlü Sadıqova Günay Əsgər qızı və onun 8 aylıq körpəsini vurub.
Ağır xəsarətlər alan yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı G.Sadıqovaya sağ baldır sümüklərinin yerdəyişən sınığı, körpəyə isə qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.