Polşanın Hərbi Əks Kəşfiyyat Xidməti (SKW) - Rusiya və Belarusdan olan iki kəşfiyyatçının kimliyini müəyyən edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onlara qarşı ittiham irəli sürülüb və üç ay müddətinə həbs edilib.
“2022-ci il aprelin 21 və 22-də saxlanılan şəxslər Rusiya xüsusi xidmət orqanlarının xeyrinə casusluqda şübhəli bilinirlər”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, hər iki şəxs Polşa Cinayət Məcəlləsinin 130-cu maddəsi ilə (casusluq) nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunub.
Hərbi əks-kəşfiyyat tərəfindən toplanmış material göstərir ki, Rusiya kəşfiyyatı üçün Polşaya qarşı işləyən rus və belarus Polşa Silahlı Qüvvələrinin fəaliyyəti, o cümlədən Belarusiya ilə sərhəd bölgəsində ordu hissələrinin yerləşməsi barədə məlumat toplamaq məqsədi daşıyırdılar.
Gülayə Mecid