Ukrayna prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın sülh yolu nizamlanması ilə bağlı bütün təkliflərini rədd edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov NBC telekanalına müsahibəsində açıqlayıb.
"Vaşinqtonun qəbul edilməli olan bir neçə prinsip var: Kiyevin NATO-ya üzv olmaqdan imtinası və ərazi məsələlərinin müzakirəsi - Zelenski bunların hamısından imtina edib", - diplomat deyib.
Ağarza Elçinoğlu