"Qars-İğdır-Aralık-Dilucu dəmir yolunun tikintisi ilə təkcə Türkiyə üçün deyil, bütün Cənubi Qafqaz və Avrasiya üçün əhəmiyyətli olan “Zəngəzur dəhlizi”nin həyata keçirilməsi istiqamətində ən mühüm addımlardan birini atırıq".
"Unikal" xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu sözügedən dəmiryolu xəttinin təməlqoyma mərasimində deyib.
"Zəngəzur dəhlizi Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı gücləndirməklə yanaşı, regional sülhün inkişafına töhfə verəcək. Bütün ölkələr, xüsusən də Orta Dəhlizdə maraqlı olanlar üçün beynəlxalq ticarətin qızıl dövrü başlayır", - deyə nazir qeyd edib.
Ağarza Elçinoğlu