Bakı şəhərinə yeni prokuror təyin edilib.

Bu barədə "Unikal"-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Elşən Abbasov Bakı şəhər prokuroru təyin olunub.