Baş Prokurorluğun Təşkilat və İcraya Nəzarət İdarəsinə yeni rəis təyin olunub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən "Unikal"-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
K.Əliyevin əmri ilə bu vəzifəyə Tural Aslanov təyinat alıb.
Həmçinin, Baş prokurorun əmri ilə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinə Rövşən Abdullayev rəis təyin edilib.