BMT Baş katibi Antoniu Quterreş Ukraynaya səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə BMT Baş katibi “Tvitter”-də paylaşım edib.
A. Quterreş qeyd edib ki, Moskvadan sonra Ukraynaya gəlib: “Biz humanitar yardımın artırılması, münaqişə zonasından insanların evakuasiyası istiqamətində fəaliyyətimizi davam etdiririk. Müharibə nə qədər tez qurtarsa, bu, həm Ukrayna, həm Rusiya, həm də dünya üçün daha yaxşıdır”.