Sabah Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Bunu "Unikal"a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.
O bildirib ki, iclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq.
Qeyd edək ki, komissiyanın aprelin 26-da keçirilən iclasında 100-dən artıq müraciətə baxılıb.
Anar Kəlbiyev