“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 29 aprel saat 11:00-da başlayacaq. Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
“Azəriqaz” İB-dən "Unikal"a verilən məlumata görə, vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.