“COVİD-19-a qarşı isifadə olunan vaksinlərin mövsümi peyvənd kimi istifadə edilməsi ilə bağlı ehtimal mövcuddur.
"Unikal" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, Hans Klugenin səfəri zamanı da bu məsələ geniş müzakirə olunub:
“Gözləntilər elədir ki, kollektiv immunitet nəticəsində ola bilsin ki, pandemiyanın sona çatdığı elan olunsun. Amma çox ehtiyatlı olmalıyıq. Payız ayına kimi müəyyən gözləntilər var. Payızda sıçrayış olmasa, bu məsələ elan oluna bilər. Müəyyən vaxt keçdikcə kollektiv immunitet zəifləyir. Bununla bağlı hər hansı bir dəyişiklik olsa ola bilsin ki, COVİD 19-a qarşı mövsümi peyvəndləmə bəyan olunsun”.