Rusiya hərbçiləri Xarkov vilayətinin Pokotylivka şəhərini atəşə tutublar.

"Unikal" xəbər verir  ki, bu barədə Xarkov vilayət şurasının rəhbərinin müşaviri, könüllü Nataliya Popova məlumat yayıb. 

“Rusiyanın Pokotilivkanı atəşə tutması nəticəsində dinc sakinlər xəsarət alıb. Bundan əvvəl 3 nəfər yaralanmışdı. Bina çökdü. Dağıntılar altında insanlar var. Xilasedicilər işləyir”, - Popova bildirib.