Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Xəzər Tibb Mərkəzinin qarşısında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tibbi aksiya keçirib.
"Unikal" xəbər verir ki, saat 09.00-dan axşam saat 17-00-dək davam edən aksiya zamanı Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin və aztəminatlı rayon sakinlərinin müayinəsi aparılıb.
Müasir diaqnostik avadanlıqla təchiz edilmiş səyyar avtobusda müayinə, əməliyyata hazırlıq və texniki otaqlar yerləşir.
Təmənnasız keçirilən humanitar aksiyanın məqsədi operativ şəkildə vətəndaşları müayinə və müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparır.
Aksiya zamanı ümumilikdə 100 nəfərdən çox vətəndaş müayinə olunub. Gözlərində ciddi problem aşkarlanan pasiyentlərə isə Milli Oftalmologiya Mərkəzinə müraciət etmələri tövsiyə edilib.