2021-cü ildə Azərbaycanda fahişəliyə cəlb etmə faktı ilə bağlı aşkarlanan cinayətlərin sayı məlum olub.
"Unikal" xəbər verir ki, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.
Bildirilib ki, ötən il ölkədə fahişəliyə cəlb etməyə görə 56 fakt aşkarlanıb.
Əxlaqsız yuvaları saxlamaya görə isə 19 fakt aşkarlanıb.