Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında hospitalizasiya olunan yanğınsöndürən ambulator müalicə üçün buraxılıb, həyatı üçün heç bir təhlükə yoxdur.
TƏBİB-dən "Unikal"a verilən məlumata görə, yanğında xəsarət alma halı ilə bağlı əlavə heç bir müraciət daxil olmayıb.
Qeyd edək ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerindədir.
***
22:20
"Unikal"ın məlumatına görə, Sumqayıtda baş vermiş yanğında daha 2 FHN əməkdaşı xəsarət alıb.
Beləliklə, xəsarət alan yanğınsöndürənlərin sayı 5-ə çatıb.
***
21:55
Sumqayıtda "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğında daha 2 FHN əməkdaşı xəsarət alıb.
"Unikal"ın məlumatına görə, onlar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.
Bununla yanğında xəsarət alan yanğınsöndürənlərin sayı 3-ə çatıb.
***20:57
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın davam edir.
TƏBİB-dən "Unikal"a verilən məlumata görə, dərhal hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub.
Bildirilib ki, 1 nəfər yanğınsöndürən aşağı ətrafın yanığı ilə hospitalizasiya olunur.
Anar Kəlbiyev