2021-ci ildə qeydiyyat şöbələrinin və onların bu işə cəlb etdikləri icra nümayəndəliklərinin birgə fəaliyyeti nəticəsində əvvalki illərdə doğulmuş, lakin müvafiq sənədləri olmayan 972 uşaq aşkarlanib.
"Unikal"ın məlumatına görə, bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında qeyd olunub.
Hesabatda bildirilib ki, uşaqlardan 937-si qeyda alınıb, digərlərinə doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi ilə bağlı hüquqi yardım göstərilib.