“Azərbaycan Hava Yolları" aviaşirkəti Naxçıvandan Gəncəyə və geriyə reyslər açır.

"Unikal" xəbər verir ki, mayın 6-da başlayaraq, Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Baqaj (23 kq-a qədər) və əl yükü (10 kq-a qədər) daxil olmaqla aviabiletin bir tərəfə qiyməti 60 manat təşkil edəcək.