İdeoloji maarifləndirmə və təbliğat işinin gücləndirilməsi məqsədilə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı tərəfindən rayonun Dəhnəxəlil kəndində partiya fəallarının bir qrupu ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, “Dünya Azərbaycanlılarının həmrəyliyi - Zəfər Qurultayı” mövzusunda keçirilən görüşü YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı Elnur İmranlı açaraq görüş iştirakçılarına mövzuya dair ümumi məlumat verdi.
Görüşdə çıxış edən YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı Anar Şahmuradov ölkə başçısının Zəfər Qurultayındakı çıxışı haqqında görüş iştirakçılarına geniş məlumat verərək cənab Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərini dir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdığını qeyd etdi. Azərbaycan Prezidenti Zəfər Qurultayında çıxış edərkən bir daha qeyd etdi ki, Azərbaycan xalqı heç zaman baş verənləri unutmayacaq. Lakin Azərbaycan xalqı və dövləti bütün bu ağrılı məqamlara baxmayaraq hər zaman sülhün təfərdarı olub. Məhz bu səbəbdən də Azərbaycan qarşı tərəfə sülh gündəliyini təqdim edib. Həyata keçirilən uğurlu xarici siyasət və ölkə başçısının qətiyyəti, diplomatik məharəti nəticəsində Azərbaycanın yaratdığı yeni reallıqlar artıq qonşu ölkələr, dünyanın böyük dövlətləri, eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilib. Anar Şahmuradov vurğuladı ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Zəfər Qurultayındakı öz proqram xarakterli çıxışı ilə həmçinin dünya azərbaycanlıları qarşısında yeni vəzifələr də müəyyənləşdirmiş oldu. Dünya azərbaycanlıları Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması işində bundan sonra da fəal olmalı, Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyəti məlumatlandırmalıdırlar.
Görüş qarşılıqlı müazkirələr formasında təşkil olunub və partiya fəalları cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili-xarici siyasətdən məmnunluqla danışaraq, görülən işlərin geniş insan kütləsi arasında təbliğatını bundan sonra da aparacaqlarını qeyd ediblər.