Yeni yaradılan Quba-Xaçmaz, Şərqi Zəngəzur, Lənkəran-Astara Regional, Abşeron-Xızı Regional, Gəncə-Daşkəsən Regional və Şirvan-Salyan Regional Təhsil Təhsil İdarələrinə rəis təyin olunub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi vəzifəsinə Rüfət Hacıyev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin rəisi vəzifəsinə Fuad Bədəlov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəisi vəzifəsinə  Elxan Nəcəfov, Abşeron-Xızı Regional Təhsil İdarəsinə İlhamə Abdullayeva, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi vəzifəsinə Anar Qədimalıyev, Şirvan-Salyan Regional Təhsil idarəsinin rəisi vəzifəsinə isə Sənan Mənsimli təyinat alıb.

Murad İbrahimli