"Bu günə həm də fitr bayramı deyirlər. Bu bayramın da özəlliyi insanların fitrə çıxarmasıdır".
"Unikal" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.
O bildirib ki, bu, ailədə hər bir fərdə görə 10-15 manat civarında hesablanıb: "Mən xahiş edirəm, insanlarımız fitrəni pulla çıxarsınlar. Çünki belə daha məqsədəuyğundu".
Onun sözlərinə görə, belə olan halda həmin məbləğ ehtiyaclara uyğun xərclənə bilir:
"Pulla çıxarılmanın özəlliyi odur ki, belə olan halda, ehtiyacı olan kəslər həmin məbləği məhz həmin ehtiyaca xərcləyə bilirlər".