Avrora Qrup korporativ sosial məsuliyyətini dərk edərək və bunu beş əsas dəyərindən birinə çevirərək daima bu istiqamətdə əməli addımlar atır. Bu il də Ramazan Bayramı ilə əlaqədar yardım aksiyası keçirib.
"Unikal" xəbər verir ki, şirkət yardım aksiyası zamanı Ramana qəsəbəsində yerləşən “Nur” uşaq evinə və 8-ci mikrorayonda yerləşən “Azərbaycan Uşaqlar İctimai Birliyi” nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı Reinteqrasiya Məkəzi”nə ərzaq bağlamaları və gündəlik tələbat məhsulları çatdırıb.
Bundan başqa şirkət Bakının Nəsimi rayonunda yerləşən Məşədi Dadaş məscidinin dini icması ilə birgə aztəminatlı, şəhid və qazi ailələrinə yardımların paylanması üçün dəstək göstərib. Aksiya çərçivəsində 50 ailəyə qida və gigyenik vasitələr çatdırılıb.
Məlumat üçün bildirək ki, Avrora qrup 2022-ci ildə təkcə Ramazan bayramı münasibəti ilə şirkətə müraciət edən müxtəlif təşkilatlar vasitəsilə 600 dən çox ailəyə də ərzaq yardımı göstərib.