Aprelin 30-da Sumqayıt Şəhər Polis İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının İnşaatçılar qəsəbəsi ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə hüquqi şəxs “Aznur” ASC-nin direktoru R.Hüseynov, fiziki şəxslər R.Davudov və E.Kərimov barəsində inzibati protokollar tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.