Onkoloji müalicələr növbəti illərdən qismən xidmətlər zərfinə daxil oluna bilər2.
"Unikal" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, onkoloji xəstəliklər üzrə ayrı Dövlət Poqramı var: "Bu barədə bizim Milli Onkologiya Mərkəzi ilə görüşlərimiz keçirilib. Gələcəkdə bunu xidmətlər zərfinə salmağı düşünürük. Bu, 2022-ci ildə nəzərdə tutulmayıb. Amma növbəti illərdə yəqin ki, qismən daxil olunacaq”.