Avstraliya Ukraynaya zirehli maşınların tədarükünə başlayıb.

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Avstraliyanın “60 dəqiqə” proqramına müsahibəsində deyib.

"Ukrayna ordusunda ağır zirehli maşınlar çatışmır. Məsələn, Mariupola bizim hərbçilərin çatması üçün zirehli maşınlar lazımdır. Düzünü desəm, bizim belə müasir texnikamız kifayət qədər deyil. Avstraliya parlamentinə müraciət etdikdən sonra bu zirehli maşınla bizə kömək etdilər, tədarüklər başladı", - o bildirib.