Tələbələrə əxlaqsız təklif etdiyi deyilən Lənkəran Dövlət Univesitetinin müəllimi Elşad Rəhimov Space TV-də yayımlanan "Gəl, danış" verilişi ilə əlaqə saxlayaraq iddialara cavab verib.
"Unikal" xəbər verir ki, Elşad Rəhimov videonun montaj olduğunu bildirib:
"Mənim telefonuma keçən il bilinməyən nömrələrdən zənglər gəlirdi. Bir neçə dəfə həmin zəngləri açmışdım. Belə düşünürəm ki, bu, həmin zəngin videolarıdır. Bu videolarla mənə şər atmaq istəyirlər".
***
11:56
Daxili İşlər Nazirliyi (DİN) universitet müəlliminin tələbələrə əxlaqsız təklif etməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev "Unikal"a açıqlamasında bildirib ki, yayılan görüntülərdən məlumatlıdırlar:
"Məsələ Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır. Təfərrüatlar ətraflı araşdırmadan sonra məlum olacaqdır", - deyə o əlavə edib.
Murad İbrahimli
***
11:40
Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimov tələbələrə əxlaqsız təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə jurnalist Amil Xəlili sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, müəllim bu əməli tələbələrə qiymət yazmaq üçün edib.