"Vəzifəmdən azad edildikdən sonra institutda olan şəxsi əşyalarımı götürmüşəm".
Bunu "Unikal"a açıqlamasında Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun sabiq direktoru Həqiqət Qədirova deyib. O, şəxsi kreslosunu da götürdüyünü bildirib:
"Mənim kabinetimdə 2 kreslo var idi. Biri instituta, biri isə mənim özümə məxsus idi. Mən aldığım kreslonu götürüb özümlə aparmışam. Bundan başqa heç kimin şəxsi əşyasına toxunmamışam. Həmçinin instituta məxsus olan kreslo da yerindədir".
Qeyd edək ki, Həqiqət Qədirova ötən həftə vəzifəsindən azad edilib.
Murad İbrahimli