Nizami Rayon İcra Hakimiyyətində kadr islahatı aparılıb. 

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Coşqun Cəbrayılov əmr imzalayıb.

Əmrə əsasən, Nizami RİH-nin Rayon təsərrüfatı şöbəsinin müdiri Tariyel Tahirov işdən çıxarılıb.

Qeyd edək ki, o, Nizami rayonunun sabiq icra başçısı Arif Qasımovun dövründə sözügedən vəzifəyə təyinat almışdı.

Murad İbrahimli