"Rusiya Federasiyasının gəmilərində hələ də Qara və Azov dənizlərində 22 Kalibr raketi var".

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik Kiyevdə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Qara və Azov dənizlərinin akvatoriyalarında qalmaqda davam edən Rusiya gəmiləri döyüş əməliyyatlarının aparıldığı ərazini təcrid etməyə və kəşfiyyat aparmağa cəhd etməkdə davam edir.

“Rusiya Federasiyası Hərbi Dəniz Qüvvələrinin hərbi-dəniz heyətinin Ukrayna ərazisinə raket zərbələrinin endirilməsinə cəlb olunmasının davam etdirilməsi ehtimalı istisna edilmir”, -- deyə Motuzyanik bildirib.

Aynurə Xudaverdiyeva