Bakıda ana iki azyaşlı uşağını qadın və uşaq sığınacağına atıb qaçıb.
"Unikal" xəbər verir ki, bu haqda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkədə paylaşım edib .
O bildirib ki, uşaqlar atılarkən baxımsız və ac olublar:
“Ana 2 azyaşlı körpəsini sığınacağın qapısına qoyub qaçdı. Uşaqlar baxımsız və ayaqyalın vəziyyətdədirlər. Uşaqları yemək və isti yerlə təmin edib çimizdirdik".
Qeyd olunub ki, ana böyük qızını da aylar əvvəl evdən qovub, o da hazırda sığınacaqdadır.