“Azəriqaz” İstehsalat Birliyində media və QHT nümayəndələri ilə növbəti görüş sabah olacaq.
"Unikal" xəbər verir ki, “Azəriqaz”ın inzibati binasında növbəti “Açıq qapı” aksiyası 6 may saat 11:00-da başlayacaq.
Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Bu ilin aprel ayının yekunlarına dair hesabat təqdim olunacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.
Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.
Sualları baş direktor Ruslan Əliyev cavablandıracaq.