Rusiya Ordusu fevralın 24-dən bəri Ukrayna ilə davam edən müharibədə bir qadın əsgərin həyatını itirdiyi açıqlayıb.  

"Unikal" xəbər verir ki, açıqlamada 27 yaşlı Valentina Qalatovanın Mariupoldakı qarşıdurmada öldüyü bildirilib.  

1994-cü ildə Sibirdə anadan olan və Ukrayna ilə sərhədə yaxın ərazidə yaşayan Qalatova fevral ayında müharibəyə qatılıb. 

Qeyd edək ki, Qalatovanın əri də ötən il Donetskdəki münaqişədə həyatını itirib. Rusiya ordusunda 41 min qadın əsgər xidmət edərkən, qadınların nadir hallarda cəbhədə xidmət etdiyi qeyd edilir.