Türkiyə günlərdir meşə yanğınları ilə mübarizə aparır. 

"Unikal" xəbər verir ki, yanğının tüğyan etdiyi ərazilərdən biri də Bursadır. 

Bursa Qubernatorluğu meşə yanğınları ilə bağlı başladılan istintaqda FETÖ ilə əlaqəsi olan şəxsin saxlanıldığını açıqlayıb. Bununla yanaşı,  Orhaneli rayonunda alovların yenidən artmağa başladığı ərazidə sakinlərin şikayətindən sonra avtomobilində benzin qutusu olan Ufuk A. saxlanılıb. Onun da FETÖ istintaqı çərçivəsində işdən çıxarılan keçmiş hərbçi olduğu iddia edilib.