Yevlaxda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Yevlax rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, iyulun 27-də Yevlax rayonunun Çənlibel qəsəbəsi ərazisində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1962-ci il təvəllüdlü İlham Mirzəyevin rayonun Çənlibel qəsəbəsində bıçaqla həmkəndlisi 1978-ci il təvəllüdlü Habil Kərimova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İlham Mirzəyəv şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

***(27.07.2025)

Yevlaxda bıçaqla yaralanma hadisəsi baş verib. 

"Unikal" xəbər verir ki, hadisə Çənlibel qəsəbəsində qeydə alınıb. Aralarında ədavət olan 1962-ci il təvəllüdlü Mirzəyev İlham  Məmmədiyə oğlu  və 1978-ci il təvəllüdlü Kərimov Habil Kərim oğlu sərxoş halda mübahisə ediblər. İ.Mirzəyev  həmsöhbətini  arzuolumaz davranışlarda ittiham edərək bıçaqla sifətinə vurmaq istəyib. Habil Kərimov zərbədən yayınmaq istəyərkən boğazından xəsarət alıb və yerindəcə dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov