"Ənənəvi metodlarla yanaşı vətəndaşları insan alverinə cəlb ermək üçün yeni metodlar yaradılır. Bu cür cinayət şəbəkələri bəzən internet üzərində də asanlıqla bu prosesi həyata keçirirlər.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.
"Təəssüflər olsun ki, bizim vətəndaşlar da buna aldanırlar. Xüsusilə internet üzərindən tanış olma və ailə qurmaq istəyirlər. Bəzən görürsən xaricə gedirlər və insan alverinin qurbanı olurlar. Və ya müxtəlif işə düzəltmə agentlikləri tərəfindən iş elanı verilir və nəticədə onlar insan alverinin qurbanı olurlar", - deyə deputat qeyd edib.
Anar Kəlbiyev