"44 günlük Vətən müharibəsinin özü də göstərdi ki hərbi çağırışla ordu sıralarına cəlb olunanlarla müqavilə ilə işə cəlb olunanlar arasında fərq var".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, ərazi bütövlüyümüz təmin olunduğu üçün alternativ xidmətlə bağlı düşünməliyik.
"Azərbaycanda "Alternativ xidmətlə bağlı" qanun qəbul etməliyik. Bunu alternativ hərbi xidmətlə qarışdırmaq olmaz. Hərdən bunu qarışdırırlar. Alternativ hərbi xidmət müqavilə əsasında hərbi xidmətdir. Alternativ xidmət isə çağırış əsasında həmin şəxs döyüş bölgələrində deyil, təsərrüfat, sanitar və digər hissələrdə qulluq keçir".
Anar Kəlbiyev