"Bizim Nazirlər Kabineti demək olar ki, kişilər klubudur. İcra başçılarının da hamısı kişilərdir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, bu istiqamətdə dəyişikliklər olmalıdır.
O qeyd edib ki, Azərbaycanda qadınların pensiya yaşı aşağı salınmalıdır: "Bu həm də gənc xanımların, qızlar üçün iş yerinin açılmasına səbəb olardı. Onların iş tapması çox çətindir. Ümumiyyətlə, cəmiyyətimizdə, işlə təmin olunma baxımından qadına olan münasibət dəyişməlidir. Bizim Nazirlər Kabinetinə baxın, kişilər klubudur. Orda cəmi bir qadın var. Səhv etmirəmsə, Əfqanıstan da belədir. Biz patriarxal cəmiyyət deyilik. Bu istiqamətdə ciddi qərarlar qəbul olunmalıdır. Ümumiyyətlə kvota müəyyən olunmalıdır ki, dövlət orqanlarında qadınların işləmə faizi 35 faizdən az olmalı deyil".
Q.Həsənquliyev qeyd edib ki, qadınlar üçün iş yerləri açan sahibkarlara, müəsissələrə vergi güzəştləri tətbiq olunmalıdır.
Anar Kəlbiyev