Milli Məclisdə qadınların pensiya yaşının 55-ə endirilməsi təklif olunub.
"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı çıxış edib.
O qeyd edib ki, Azərbaycanda ictimai rəy indiki pensiya həddini qəbul etmir.
"Bizə bununla bağlı kifayət qədər məlumatlar gəlir. 60 yaş kişilər üçün, 55 yaş qadınlar üçün ən optimal yaş həddidir. Nəzərə alsaq ki, insan 25 yaşından sonra işləməyə başlayır, 40 yaşına qədər çalışır, 65 yaşında pensiyaya çıxır. 3 ya 5 il, maksimum 10 il təqaüd alır. Haradadır burada ədalət? Haradadır haqq?", - deputat bildirib.
F.Ağamalı vurğulayıb ki, bu sahədə dünyanın, Avropanın təcrübəsini kor-koranə tətbiq etmək lazım deyil.
Anar Kəlbiyev