Nazirlər Kabineti “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı”nda dəyişiklik edib.
"Unikal"ın xəbərinə görə, “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyəti və Nəqliyyat Təlim-Tədrisi Mərkəzi siyahıdan çıxarılıb.
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısına daxil edilib.