"Bütün yeni tikilən binalara mərkəzi istilik tələbləri qoyulmalıdır. Bina evlərində fərdi kombi ləğv edilməlidir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, digər bir problem evlərin təmirsiz satılmasıdır.
"Bu məsələdə də qanuna müvafiq dəyişikliyi təklif edirəm. Bundan sonra tikilən bütün binalar təmirli və standartlara uyğun şəkildə təhvil verilsin. Təmirsiz mənzillərin satışı dayandırılsın. Evlərin təmirli və enerji effektivliyinin tətbiqi sahəsində potensial bahalaşmasını nəzərə alaraq, iş adamlarının xərclərini azaltmaq üçün yollar araşdırılsın".
Anar Kəlbiyev