Pakistanda 5,3 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Dalbandin şəhərindən 25 kilometr cənub-şərqdə, ocağı isə 113 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.