"Pandemiya cərimələrinin silinməsinin tərəfdarıyam. Elə cərimələr var ki, onlar silinə bilər".
Bunu "Unikal"a açıqlamasında deputat Fəzail Ağamalı deyib. Deputat bildirib ki, həmin cərimələr xüsusi məsuliyyət yaratmırsa, gələcəkdə qanun pozuntularını stimullaşdırmırsa, onları ləğv etmək olar.
"Onun təsnifatını aparmaq lazımdır. Bir sıra cərimələrin ləğv olunması yaxşı olardı. Burada söhbət pandemiya ilə bağlı cərimələrdən gedir", - deyə deputat qeyd edib.
Anar Kəlbiyev