2020-ci ilin aprel ayından 2022-ci ilin may ayına qədər Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində 39 nəfər sümük iliyi transplantasiyası əməliyyatı olunub.
TƏBİB-dən "Unikal"-a verilən xəbərə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 8 may - Beynəlxalq Talassemiya Günü ilə əlaqədar keçirilən tədbirdə deyib.
O bildirib ki, əməliyyat olunanların 26-sı 1-12 yaş arası uşaqlardır.
Zaur Əliyev qeyd edib ki, sümük iliyi transplantasiyası, xəstəliyin fəsadlarının qarşısının alınması, əməliyyatdan əvvəl aparılan laborator müayinələr Dövlət Proqramına uyğun olaraq, ödənişsiz həyata keçirilir.