Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının geoloji quruluşu (stratiqrafiya, tektonika, maqmatizm, hidrogeologiya) və faydalı qazıntıları üzrə toplu məlumatlar bazası yaradılacaq.
"Unikal"ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə əksini tapıb.
Ekologiya və Təbii Sərvətlər 2022– 2024-cü illərdə AMEA ilə birlikdə Nazirliyi Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının geoloji quruluşu (stratiqrafiya, tektonika, maqmatizm, hidrogeologiya) və faydalı qazıntıları üzrə toplu məlumatlar bazasının yaradılmasını təmin etməlidir.